Yuxarı
    Bağlamaq

    “Əlilliyi olan uşaqların inklüziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” kitabının təqdimatı keçirilib

    Əlillər cəmiyyətdən təcrid olunmamalıdır

    Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunda “Əlilliyi olan uşaqların inklüziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” kitabının təqdimat mərasimi keçirilib. "Report" xəbər verir ki, kitab "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Əlil uşaqların xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət" adlı layihəsi çərçivəsində nəşr olunub.

    İnstitutun direktor müavini Lalə Əhmədova bildirib ki, kitab əlil uşaqların inklüziv təhsili sahəsində mövcud problemlərin aradan qaldırılması, onların hüquqlarının qorunması, əlil uşaqların həyata inteqrasiya olunması istiqamətində görüləcək işlərə mühüm təkan verəcək: "Kitabın elmi redaktoru İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafayevadır".

    İctimai Birliyin sədri Tahir Xudiyev bildirib ki, fiziki və mental cəhətdən məhdudiyyəti olan uşaqların təhsil hüquqlarının müdafiəsi həm də insan hüquqlarının həyata keçirilməsi uğrunda aparılan qlobal mübarizənin tərkib hissəsidir.

    Təqdimatda millət vəkilləri Hadı Rəcəbli, Fazil Mustafa da çıxış edib. Qeyd edilib ki, bu gün Azərbaycan cəmiyyətində əlillərə qayğı və münasibət kifayət qədər yetərli deyil. Əlillər cəmiyyətdən təcrid olunmamalıdır. Bu səbəbdən də, insanlarda əlillərə olan münasibət dəyişilməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi