Yuxarı
    Bağlamaq

    “Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

    © Report

    Bakı. 26 dekabr. REPORT.AZ/ Təhsil Nazirliyində “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

    "Report" xəbər verir ki, tədbirdə təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, müsabiqə qalibləri iştirak ediblər.

    C.Bayramov bildirib ki, 2010-cu ildən keçirilən müsabiqəsdə iştirak edənlərin sayı ildən ilə artır: "Müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir".

    Qeyd olunub ki, müsabiqədə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.

    Müsabiqə 3 istiqamət və 6 nominasiya üzrə təşkil olunub.

    Müsabiqənin şəffaflığını təmin etmək məqsədilə qiymətləndirmə mərhələləri onlayn təşkil olunub, qəbul edilən işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb, ekspert və münsif heyəti müsahibə əsasında müəyyən olunub.

    Müsabiqənin I mərhələsinə təqdim edilən 703 işdən 644 iş II mərhələyə ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 197 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər tərəfindən onlayn olaraq qiymətləndirilərək 26 qalib və 35 fərqlənən müəyyən edilib.

    Tədbirin davamında qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi