Yuxarı
    Bağlamaq

    Eksternat qaydasında keçirilmiş imtahanların nəticələri açıqlanıb

    Müsbət qiymət alan şəxslər iyulun 2-də TQDK-nın keçirəcəyi buraxılış imtahanlarında iştirak etməlidirlər

    Bakı. 25 may. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 13, 14, 15 may tarixlərində Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə eksternat qaydasında imtahanlar keçirilib.

    İdarədən "Report"a verilən məlumata görə, aşağıdakı siyahıda eksternat qaydasında imtahanları müvəffəqiyyətlə keçmiş şəxslərin adları göstərilib.

    Eksternat qaydasında imtahanlardan müsbət qiymət alan şəxslər iyulun 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi buraxılış imtahanlarında iştirak etməlidirlər.

    Qeyd edək ki, adları siyahıda göstərilən şəxslərdən 23.06.2015-ci il tarixdən 30.06.2015-ci il tarixədək (şənbə və bazar günləri istisna olmaqla) Nərimanov rayonu 45 nömrəli tam orta məktəbdən buraxılış vərəqələrini əldə etməkləri xahiş olunur.

    Ümumi orta təhsil səviyyəsi üzrə siyahı

    http://bakuedu.gov.az/medicine/uploads/files/Ümumi%20orta%20təhsil%20səviyyəsi%20üzrə%20siyahı.pdf

    Tam orta təhsil səviyyəsi üzrə siyahı

    http://bakuedu.gov.az/medicine/uploads/files/Tam%20orta%20təhsil%20səviyyəsi%20üzrə%20nəticələr(1).pdf

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi