Yuxarı

Ekspertlər gənclərə ixtisas seçimində yardım edəcəklər

İxtisas Planlama Mərkəzi abituriyentlərə fasiləsiz xidmət göstərəcək

Bakı. 31 iyul. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin (GTM) İxtisas Planlama Mərkəzi iyulun 31-dən avqustun 10-dək abituriyentlərə fasiləsiz xidmət göstərəcək. Bu barədə "Reporta" GTM-in mətbuat xidmətindən məlumat verilib.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirilib ki, bu gün Azərbaycanda əksər gənclər ixtisas seçimi zamanı gələcəkdə quracaqları karyera haqqında düşünmürlər: "Onlar əsasən seçim etdikləri ixtisası həmin sahənin nüfuzuna görə təyin edirlər. Bunun nəticəsidir ki, cəmiyyətimizdə bəzi sahələrdə kadr çatışmazlığı, bəzilərində isə kadr artıqlığı mövcuddur. Məhz İxtisas Planlama Mərkəzinin köməkliyi ilə abituriyentlər seçəcəkləri ixtisas haqqında ətraflı məlumat ala, ölkə daxilində həmin ixtisasa göstərilən tələb ilə tanış olmaqla bərabər, həmçinin ekspertlərin ixtisas kodlaşdırma haqqında konsultasiya xidmətindən yararlana biləcəklər".

Qeyd edək ki, əlavə məlumat üçün abituriyentlər Gənclər üçün Təhsil Mərkəzinin ofisinə, həmçinin ixtisasgtm@gmail.com elektron ünvanına onlayn müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi