Ədliyyə Akademiyasında icbari təlim kursuna başlanılıb

Ədliyyə Akademiyasında icbari təlim kursuna başlanılıb Bakı. 29 noyabr. REPORT.AZ/ Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 500 nəfərdən çox namizədlə keçirilmiş növbəti müsabiqəyə yekun vurularaq, uğur qazanmış 95 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunub.
Elm və təhsil
29 Noyabr , 2017 12:57
Ədliyyə Akademiyasında icbari təlim kursuna başlanılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 500 nəfərdən çox namizədlə keçirilmiş növbəti müsabiqəyə yekun vurularaq, uğur qazanmış 95 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunub.

Bu barədə “Report”a akademiyadan məlumat verilib.

Akademiyada 3 ay davam edəcək kursun proqramı müasir tədris metodu əsasında hazırlanıb. Kurs çərçivəsində ədliyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsi və tənzimlənməsi üzrə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, insan hüquqlarının müdafiəsinin beynəlxalq və milli mexanizmləri, inzibati icraat, hüquqi etika və psixologiya, korrupsiya ilə mübarizə, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular tədris olunacaq. Həmçinin, namizədlərin müasir texnologiyalardan istifadə bacarıqlarının yüksəldilməsi ilə bağlı təlimlər, mənəvi-estetik dünyagörüşlərinin artırılması məqsədilə mədəni proqramlar təşkil ediləcək. Bununla yanaşı, namizədlərin ədliyyə orqanlarında təcrübə keçmələri nəzərdə tutulur.

Ədliyyə Akademiyasında həmin kursun açılışı olub. Nazirliyin Kadrlar idarəsinin rəisi Rauf Məhərrəmov və Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov tədbirdə müsabiqədən uğurla keçən namizədlərin peşə fəaliyyətinə buraxılmaları üçün keçirilən icbari təlimin əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, zəruri tövsiyələr veriblər.

Kursun ilk günündə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov hüquq islahatları mövzusunda çıxış edib.

Sonra təlimin proqramı üzrə digər mövzularda mühazirələr dinlənilib.

Son xəbərlər

Orphus sistemi