Ədəbiyyatşünas alimin arxivi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib

Ədəbiyyatşünas alimin arxivi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib Sənədlər arasında Nəsimi, Xaqani, Cəlil Məmmədquluzadə, Əhməd Cavadın həyat və yaradıcılığını əks etdirən tədqiqat əsərləri də var
Elm və təhsil
13 İyun , 2016 15:02
Ədəbiyyatşünas alimin arxivi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib

Bakı. 13 iyun. REPORT.AZ/ Görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, əməkdar elm xadimi, dövlət mükafatları laureatı, akademik Bəkir Nəbiyevin şəxsi sənədləri S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib.

Milli Arxiv İdarəsindən “Report”a verilən xəbərə görə, təhvil verilən sənədlər arasında görkəmli alimin əlyazmaları, müxtəlif illərdə dövri mətbuatda dərc edilmiş məqalə və müsahibələri, dövlət və ictimai tədbirlərdəki məruzə və çıxışları, eyni zamanda müxtəlif müəlliflərin Bəkir Nəbiyevin yaradıcılığı və digər mövzularda yazdıqları məqalələr, həmçinin, akademikin həyat və ictimai fəaliyyətini əhatə edən digər sənədlər toplanıb.

Yeni daxil olan sənədlər arasında görkəmli ədəbiyyatşünasın Nəsimi, Xaqani, Cəlil Məmmədquluzadə, Əhməd Cavad və digər klassiklərin həyat və yaradıcılığını əks etdirən tədqiqat əsərləri, alimin sonuncu fundamental tədqiqat əsəri olan və ölümündən sonra işıq üzü görmüş “Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabı üçün topladığı arxiv materialları var.

Qeyd edək ki, B.Nəbiyevin bundan əvvəl də Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şəxsi fondu mövcuddur.

Son xəbərlər

Orphus sistemi