“Ədəbiyyat məcmuəsi”nin gənc alimlər üçün xüsusi buraxılışı təqdim edilib

“Ədəbiyyat məcmuəsi”nin gənc alimlər üçün xüsusi buraxılışı təqdim edilib “İlin gənc alimi” nominasiyasınin qalibləri mükafatlandırılıb
Elm və təhsil
2 Fevral , 2015 20:07
“Ədəbiyyat məcmuəsi”nin gənc alimlər üçün xüsusi buraxılışı təqdim edilib

Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elektron akt zalında “Ədəbiyyat məcmuəsi”nin gənc alimlər üçün xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açıb. Akademiyanın yeni inkişaf mərhələsində gənclərin üzərinə düşən vəzifələrdən danışıb. Bu gün elmi-tədqiqat müəssisələrində gənc alimlərin fəal surətdə elmi axtarışlara qoşulduğunu, akademiyanın ictimai-siyasi həyatında gənclərin rolunun yüksəldiyini xüsusi vurğulayıb.

Akademik İsa Həbibbəyli institutda nəşr edilən, Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər sırasında yer alan “Ədəbiyyat məcmuəsi”nin növbəti sayının gənc alimlərin yaradıcılığına həsr edilməsini təsadüf deyil, bunun zərurətdən yarandığını bildirib.

Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli gündəlikdə nəzərdə tutulan digər bir məsələ - “İlin gənc alimi” nominasiyası üzrə mükafatların qaliblərinin adlarını da açıqlayıb. 2014-cü ildəki elmi fəaliyyətlərinə görə “İlin gənc alimi” nominasiyası üzrə qalib gəlmiş filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Akimova, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı və institutun elmi işçisi Nərgiz Cabbarlıya mükafatları akademik İsa Həbibbəyli təqdim edib.

Son xəbərlər

Orphus sistemi