Yuxarı

Əcnəbilər üçün Azərbaycan dili kursu açılacaq

İstifadəçilər üçün sayta giriş ödənişli olacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ Əcnəbilər üçün Azərbaycan dili kursunun layihəsi hazırlanıb. Bu barədə "Report"a Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil siyasəti şöbəsinin müdiri, layihənin rəhbəri Mayıl Əsgərov məlumat verib.

O bildirib ki, Akademiyada ənənəvi olaraq elmi-tədqiqat institutları üçün layihələr yarışı keçirilir: "Həmin yarışa təmsil etdiyim institut da qoşulub. Belə ki, işçi heyətimiz yarışa əcnəbilər üçün Azərbaycan dili kursu layihəsini təqdim edib. İrəli sürdüyümüz təklif qalib olsa və maliyyə vəsaiti ayrılsa, o zaman layihə gerçəkləşdirilə bilər. Layihənin hansı formada hazırlanacağı bilinməsə də, onun ya dərslik, ya da onlayn formada olması planlaşdırılır".
M.Əsgərov həmçinin qeyd edib ki, həmin kursdan yararlanmaq istəyən əcnəbilər üçün həmin sayta giriş ödənişli olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi