İlk onluğa ABŞ və Böyük Britaniya ali məktəbləri daxil olub. Reytinqə əsasən, ən yaxşı ali məktəb adını 94,3 bal toplayan Kaliforniya Texnologiya Universiteti qazanıb. İkinci yerdə 93,3 balla Harvard Universiteti qərarlaşıb. Liderlər üçlüyünü 93,2 bal toplayan Oksford Universiteti tamamlayıb. Dördüncü və beşinci yerləri müvafiq olaraq Stenford (92,9 ball) və Kembric (92 ball) universitetləri tutublar.
Onluğun ikinci beşliyində müvafiq olaraq Massaçusets Texnologiya Universiteti, Priston Universiteti, Berklidə Kaliforniya Universiteti, London İmperiya Kolleci və Yelsk Universiteti qərarlaşıblar.
Ən yaxşı universitetlər siyahısında Türkiyənin bir neçə ali məktəbi də yer alıb. Belə ki, siyahıda Yaxın Şərq Texniki universiteti (85-ci yer), Boğaziçi Universiteti (139), İstanbul Texniki Universiteti (165) olub.
Rusiyanın Lomonosov adına Moskva Dövlət Universiteti reytinqin 196-cı sırasında qərarlaşıb.