UNİCEF: ​Dünyada 13,4 milyon uşaq təhsil ala bilmir

UNİCEF: ​Dünyada 13,4 milyon uşaq təhsil ala bilmir BMT-nin Uşaq Fondu "Atəş altında təhsil" başlıqlı hesabat yayıb
Elm və təhsil
4 Sentyabr , 2015 20:40
UNİCEF: ​Dünyada 13,4 milyon uşaq təhsil ala bilmir

Bakı. 4 sentyabr. REPORT.AZ/ BMT-nin Uşaq Fondu (UNİCEF) "Atəş altında təhsil" başlıqlı hesabat yayıb. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, sənəd Suriya, İraq, Fələstin, Liviya, Sudan, Yəmən kimi müharibə bölgələrindəki uşaqların təhsil vəziyyətini əhatə edir. Hesabata görə, dünyada 13,4 milyon uşaq müharibə səbəbindən təhsil ala bilmir. 

UNİCEF "itmiş nəsil" olaraq adlandırdığı uşaqların sayının daha da artmasından narahatdır. Hesabatda adıçəkilən ölkələrdə hücumlar səbəbindən 9 min məktəbin istifadəyə yararsız halda olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi