Dövlət qulluğuna qəbul üzrə imtahanın statistik göstəriciləri açıqlanıb

Dövlət qulluğuna qəbul üzrə imtahanın statistik göstəriciləri açıqlanıb Bakı. 18 dekabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 17-də icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik göstəricilər açıqlanıb.
Elm və təhsil
18 Dekabr , 2017 17:51
Dövlət qulluğuna qəbul üzrə imtahanın statistik göstəriciləri açıqlanıb
Report

Bakı. 18 dekabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 17-də icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik göstəricilər açıqlanıb.

DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 990 nəfəri (32.6%) müvəffəqiyyət əldə edib.

Qeydiyyatdan keçən namizədlərin 1887 nəfəri kişi, 1153 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədləri 5 yaş intervalı üzrə kateqoriyalara bölsək, kişilər üzrə ən çox namizəd (740 nəfər - qeydiyyatdan keçənlərin təqribən 40%-i ) 25-29 yaş, qadınlar üzrə ən çox namizəd (482 nəfər - qeydiyyatdan keçənlərin təqribən 40%-i) isə 20-24 yaş intervalında olanlardır. 60-64 yaş intervalı üzrə qeydiyyatdan keçənlərin sayı 6 nəfərdir və hamısı kişilərdir. Qadınlardan isə 55-59 yaş intervalında olan 4 nəfər qeydiyyatdan keçmişdir. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 50 yaşdan yuxarı namizədlərdən yalnız 1-i imtahandan uğurla keçib.

Ümumilikdə isə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 527 nəfəri, yəni 44.3%-i 20‑24 yaş intervalında olan namizədlərdir. Bu yaş kateqoriyasına aid olan 307 kişi və 220 qadın uğur qazanıb. 25-29 yaş intervalında isə cəmi 380 nəfər lazım olan balı toplaya bilib. Göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 907 nəfəri, yəni təqribən 90%-i yaşı 29-a qədər olan gənclərdir. 30-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı cəmi 83 nəfərdir. Bu onu göstərir ki, gənclər dövlət qulluğunda çalışmağa daha meyillidirlər. Son illər bu sahədə həyata keçirilən tədbirlər və yaradılan imkanlar gənclərin dövlət qulluğuna daxil olmasını stimullaşdırır. Qeyd etmək lazımdır ki, dövlət orqanları tərəfindən müsabiqəyə inzibati icraçı vəzifələr üzrə (B növü) 1249 vakant vəzifə təqdim olunmuşdur və hazırda bu proses davam edir. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.

Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Ümumi məlumat

Yaş intervalı Qeydiyyatdan keçmişdir Test imtahanından uğurla keçib Faizlə (%)
20-24 1189 527 44.3
25-29 1157 380 32.8
30-34 419 65 15.5
35-39 146 13 9.0
40-44 54 2 3.7
45-49 30 2 6.7
50-54 24 1 4.2
55-59 15 0 0.0
60-64 6 0 0.0
Cəmi: 3040 990 32.6
Kişi və qadınlar üzrə məlumat
Cinsi Yaş intervalı Qeydiyyatdan keçmişdir Test imtahanından uğurla keçib Faizlə (%)
Kişi 20-24 707 307 43.4
Kişi 25-29 740 219 29.6
Kişi 30-34 258 35 13.6
Kişi 35-39 93 6 6.5
Kişi 40-44 31 2 6.5
Kişi 45-49 21 0 0.0
Kişi 50-54 20 1 5.0
Kişi 55-59 11 0 0.0
Kişi 60-64 6 0 0.0
Kişilər üzrə cəmi: 1887 570 30.2
Qadın 20-24 482 220 45.6
Qadın 25-29 417 161 38.6
Qadın 30-34 161 30 18.6
Qadın 35-39 53 7 13.2
Qadın 40-44 23 0 0.0
Qadın 45-49 9 2 22.2
Qadın 50-54 4 0 0.0
Qadın 55-59 4 0 0.0
Qadınlar üzrə cəmi: 1153 420 36.4
Yekun: 3040 990 32.6

Son xəbərlər

Orphus sistemi