Dövlət İmtahan Mərkəzi (DİM) 5 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edib.
DİM-dən "Report"a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmələrdə olmaqla elana çıxarılan vəzifələrin 36-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 23-ü isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər
DİM mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, ümumilikdə, 6 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (79 vəzifə) və B (391 vəzifə) növünə aid olan 470 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini də elan edib.
Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 2019-cu il 15 may tarixinə qədər davam edəcək.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.
Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 15 may 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (
Müsahibə proqramları ilə mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (432 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə, müsahibəyə çıxarılmış 470 vakant vəzifənin 1-i 4-cü təsnifata, 38-i 5-ci təsnifata, 2-si 6-cı təsnifata, 429-u isə 7-ci təsnifata aid olmaqla, 79-u AC, 37-si BA, 354-ü isə BB vəzifə qrupuna aiddir.