Dövlət İqtisad Universitetində 20 Yanvar faciəsinin qurbanları yad edilib

Dövlət İqtisad Universitetində 20 Yanvar faciəsinin qurbanları yad edilib Rektor: "20 Yanvar xalqımızın tarixinə sınaq, qəhrəmanlıq və inam günü kimi yazılıb"
Elm və təhsil
19 Yanvar , 2015 18:32
Dövlət İqtisad Universitetində 20 Yanvar faciəsinin qurbanları yad edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. "Report" xəbər verir ki, bu barədə ADİU-nun Marketinq və Kommunikasıya Departamentinin yaydığı məlumatda bildirilir.

Mərasim iştirakçıları ali təhsil ocağında şəhid-tələbələrin xatirəsinə ucaldılan memorial xatirə kompleksini ziyarət ediblər. Vətənin azadlığı yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ADİU-nun rektoru Ədalət Muradov bildirib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə sınaq, qəhrəmanlıq və inam günü kimi yazılıb. Rektor əlavə edib ki, 20 Yanvar faciəsinə ilk siyasi qiyməti 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev verib. O, çətinliklərə və təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qətliamı törədən sovet rəhbərlərini kəskin şəkildə tənqid edib.

Deputat, ADİU-nun Qiymət və qiymətləndirmə kafedrasının müdiri Xanhüseyn Kazımlı, Azərbaycan tarixi kafedrasının professoru Abbas Seyidov 20 Yanvar faciəsinin siyasi-tarixi səbəblərini geniş şərh ediblər.

Sonra ADİU-nun şəhid-tələbələri Əbülhəsənov İlqarın qardaşı Yavər Əbülhəsənov, Əzizov Habilin anası Zinayə Əzizova çıxış edərək şəhidlərin keçdiyi həyat yolundan danışıblar. Şəhidlərin ailə üzvləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğı və diqqəti yüksək qiymətləndiriblər.

Tədbir 20 Yanvar hadisələrini əks etdirən videofilmin nümayişi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi