Dövlət Dumasının deputatı: "Azərbaycan-Rusiya əlaqələrinin inkişafı mütəxəssislərin sayının artırılmasını labüd edir"

Dövlət Dumasının deputatı: "Azərbaycan-Rusiya əlaqələrinin inkişafı mütəxəssislərin sayının artırılmasını labüd edir" "Əlaqələrin sayı çoxaldıqca bəzi sahələrdə ixtisasartırma təhsilinə ehtiyac artır"
Elm və təhsil
1 Fevral , 2017 16:53
Dövlət Dumasının deputatı: Azərbaycan-Rusiya əlaqələrinin inkişafı mütəxəssislərin sayının artırılmasını labüd edir

Moskva. 1 fevral. REPORT.AZ/ "Rusiya və Azərbaycan arasında əlaqələrin sayının çoxalması ixtisasartırma təhsilinə ehtiyacı artırır."

Bu barədə "Report"un Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının Təhsil Komitəsinin birinci müavini Oleq Smolin bildirib.

"Əlaqələrin sayı çoxaldıqca bəzi sahələrdə ixtisasartırma təhsilinə ehtiyac artır. Məsələn, Rusiya ilə Azərbaycan arasında inkişaf edən aqrar-sənaye əlaqələrini dəstəkləmək üçün kənd təsərrüfatı sektorunda mütəxəssislərin sayının artırılması planlaşdırılır. Əlillərin təhsil sahəsində də əlaqələr var. Çox güman, tezliklə Bakıda Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin (MDHİU) filialı açılacaq və bu, məhdud imkanlı şəxslərə ali təhsil almaq imkanı verəcək" - O.Smolin vurğulayıb.

Parlamentari həmçinin elm və təhsil sahəsində MDB Parlamentlərarası Assambleyasının böyük rolunu qeyd edib. Onun sözlərinə görə, Rusiya indi təhsil sahəsində zamanla ayaqlaşmalıdır.

"Son 2,5 il ərzində təhsil sahəsində qüvvədə olan qanunvericiliyə 40 dəyişiklik edilib. Bu sahədə qanunvericiliyə hələ bəzi düzəliş və əlavələrin edilməsinin zəruri olduğunu düşünürük", - O.Smolin bildirib.

Deputat bu yaxınlarda Təhsil Komitəsinin "Hamı üçün təhsil haqqında" adlı yeni böyük qanun konsepsiyasını Dövlət Dumasına təqdim etdiyini söyləyib. Onun sözlərinə görə, burada təhsilin inkişafı üçün dövlət maliyyə zəmanətləri, müəllim və tələbələrə dəstəyin daha yüksək səviyyəsi, ali təhsil müəssisələrinin rektorlarının sərbəst seçimi və bir sıra digər yeniliklər əksini tapıb.

Son xəbərlər

Orphus sistemi