Dövlət başçısı: "Bu il bölgələrdə 137 modul tipli məktəb tikiləcək"

Dövlət başçısı: "Bu il bölgələrdə 137 modul tipli məktəb tikiləcək" Bakı. 10 aprel. REPORT.AZ/ “Bu il bölgələrdə 137 modul tipli məktəb tikiləcək. Bu məktəblərin tikintisi demək olar ki, bölgələrdə qəzalı vəziyyətdə olan məktəblərin problemini həll etmiş olacaq. Bakı şəhərində isə yay aylarında ondan çox məktəb əsaslı təmir ediləcək”.
Elm və təhsil
10 Aprel , 2018 10:02
Dövlət başçısı: Bu il bölgələrdə 137 modul tipli məktəb tikiləcək

Bakı. 10 aprel. REPORT.AZ/ “Bu il bölgələrdə 137 modul tipli məktəb tikiləcək. Bu məktəblərin tikintisi demək olar ki, bölgələrdə qəzalı vəziyyətdə olan məktəblərin problemini həll etmiş olacaq. Bakı şəhərində isə yay aylarında ondan çox məktəb əsaslı təmir ediləcək”.

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident qeyd edib ki, sosial infrastrukturla bağlı bu il bir neçə şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan, Goranboy şəhərlərində yeni mərkəzi rayon xəstəxanalarının açılışı nəzərdə tutulur: “Füzuli və Qəbələ şəhərlərində xəstəxanaların tikintisi davam etdiriləcək. Onların açılışı gələn il nəzərdə tutulur”.

Dövlət başçısı xatırladıb ki, gələn ay Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək: “Mən bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişəm. İlin əvvəlindən biz bu gözəl tarixi qeyd edirik. Bu tarixə nəzər salarkən görürük ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər qüdrətli dövlət olmayıb. Bunu biz yaratmışıq”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin siyasəti bu gün ölkənin inkişafı üçün əsas amildir.

Son xəbərlər

Orphus sistemi