Məktəb direktoru vəzifəsinə növbəti yerləşdirmənin nəticələri açıqlanıb

Məktəb direktoru vəzifəsinə növbəti yerləşdirmənin nəticələri açıqlanıb Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlanıb.
Elm və təhsil
28 Mart , 2019 13:15
Məktəb direktoru vəzifəsinə növbəti yerləşdirmənin nəticələri açıqlanıb
0 : 00
0 : 00

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, nəticələrə əsasən, 53 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar aprelin 1-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər namizəd fevralın 25-dən, 28 namizəd isə martın 4-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Sözügedən müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 185 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi