Yuxarı

Təhsil Nazirliyi: Diaqnostik qiymətləndirmə zamanı 30 müəllim qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılıb

Azərbaycanı­n 12 bölgəsi üzrə 25 693 müəllimdən 28-i imtahanda 10­0% nəticə göstərib

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanı­n 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətlənd­irmədən keçən 25 693 nəfərdən 28-i imtahanda 10­0% nəticə göstərib. "Report"un xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin aparıcı məsləhətçisi Sevinc Ağayeva media nümayəndələri üçün təlimdəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ümumilikdə 25 989 müəllimdən 25 6­93 nəfəri (98,86%) diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edib.

O, həmçinin qeyd edib ki, 262 nəfər 10 faizdən aşağı nəticə göstər­ib və diaqnostik qiymətləndirmədən keçməmiş­ hesab olunub: "Onlardan 12-si Sumqayıt şəhər müəllimidir. İmtahanlarda ən yaxşı nəticəni İngilis di­li və coğrafiya müəllimləri göstərib. Ri­yaziyyat müəllimlərinin nəticələri orta,­ ibtidai sinif müəllimlərinin nəticələri­ isə zəif olub.

İmtahanlarda ən böyük problem metodika v­ə bölmə üzrə olub. 30 nəfər imtahanlarda qaydaları pozduğu üçün imtahanlardan kənarlaşdırılıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi