Dövlət İmtahan Mərkəzində (DİM) yanvarın 11-də TOEFL imtahanı keçirilib.
Mərkəzdən "Report"a verilən məlumata görə, imtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.
İmtahanda 11 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, növbəti TOEFL imtahanının yanvarın 18-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: