DİM “Şəxsi kabinet”ə daxil olmaq üçün tələb olunan parolu unudan şəxslərə müraciət edib

DİM “Şəxsi kabinet”ə daxil olmaq üçün tələb olunan parolu unudan şəxslərə müraciət edib Parolu məxfi saxlayın və itirməyin!
Elm və təhsil
18 Mart , 2017 14:14
DİM “Şəxsi kabinet”ə daxil olmaq üçün tələb olunan parolu unudan şəxslərə müraciət edib

Bakı. 18 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi “Şəxsi kabinet”ə daxil olmaq üçün tələb olunan parolu unudan şəxslərə müraciət edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, elektron xidmətlərindən faydalanmaq istəyən istifadəçilər yaratdıqları “Şəxsi kabinet”ə daxil olmaq üçün tələb olunan parolu unutduqda şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (FİN) və qeydiyyat zamanı daxil edilən e-mail ünvanını “parolu unutmuşam” bölməsində müvafiq sahələrə daxil edib "E-mail göndər" düyməsini basmaqla yenidən əldə edə bilər. Parol elektron poçt ünvanına göndəriləcək.

Parolu məxfi saxlayın və itirməyin!

Son xəbərlər

Orphus sistemi