Yuxarı

DİM sədri: "Qızların ixtisas seçimi məsələsində stereotiplər qalmaqdadır"

DİM sədri: "Qızların ixtisas seçimi məsələsində stereotiplər qalmaqdadır"
Regionlarda bir stereotip də var ki, qızlar göz qabağında olmalıdır
© Report/ Elchin Murad

Bakı. 30 may. REPORT.AZ/ "Qızların ixtisas seçimi məsələsində hələ də stereotiplər qalmaqdadır. Bizim cəmiyyətdə ixtisaslar iki qrupa bölünür: qadın ixtisası və kişi ixtisası..."

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Azərbaycan Qadınlarının V Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, qızlar daha çox müəllimlik ixtisaslarını seçirlər, mühəndisliyə üstünlük vermirlər: "Regional universitetlərin müəllimlik ixtisaslarının 80 faizini, bəzən isə 100 faizini ancaq qızlar seçir və orada ən çox qızlar oxuyur".

"Regionlarda bir stereotip də var ki, qızlar göz qabağında olmalıdır", - deyən M.Abbaszadənin sözlərinə görə, baxmayaraq ki, qəbul imtahanlarında regionlardan olan qızlar yüksək bal toplayırlar, lakin valideynlər onlara böyük şəhərlərdə oxumağa icazə vermirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi