Yuxarı

DİM sədri: "Builki yaz imtahanlarında iştirak edənlərin nəticələrinin yay imtahanında 20 faiz artacağı gözlənilir"

DİM sədri: "Builki yaz imtahanlarında iştirak edənlərin nəticələrinin yay imtahanında 20 faiz artacağı gözlənilir"
© Report
Dinlə

Bakı. 17 may. REPORT.AZ/ "Mayın 13-də II və III qruplar üzrə keçirilən qəbul imtahanının nəticələri ötən ilki səviyyədədir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədr bildirib ki, DİM iki imtahanın nəticələri əsasında ən yüksək nəticəni nəzərə alır: "Ötən ilin nəticələrini təhlil etdikdə gördük ki, ikinci imtahanlarda iştirak edənlərin nəticəsi 20 faiz artıb. Bu da o deməkdir ki, builki yaz imtahanının nəticələri yay imtahanında orta hesabla 20 faiz artacaq".

M.Abbaszadə bu il nəticələrin daha fərqli olacağını istisna etməyib: "Çünki ötən il biz abituriyentlərə imkan vermişdik ki, bir qrupda iki dəfə imtahan versinlər. Amma bu il abituriyentlərə birinci dəfə iştirak etdiyi qrupu dəyişmək imkanı vermişik. Belə ki, yaz imtahanlarında II və III ixtisas qrupunda imtahan verən abituriyentlər yay imtahanında II və III qruplar üzrə imtahanda iştirak edə bilir. Bu baxımdan biz hələ bilmirik ki, bu dəyişmələr necə olacaq və nəticələrə necə təsir edəcək. Yalnız sessiya başa çatdıqdan sonra hansısa fikir söyləmək olar". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi