Yuxarı
    Bağlamaq

    DİM orta təhsil bazasından kolleclərə qəbulun nəticələrini açıqlayıb

    Qəbul olanlar avqustun 21-dək qeydiyyatdan keçməlidirlər

    Bakı. 7 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.

    DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nəticələr avqustun 7-də saat 19:40-dan etibarən internet səhifəsində yerləşdirilib.

    Müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin "Azercell", "Bakcell" və "Nar" nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.

    Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

    Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma
    faizi
    Azərbaycan
    bölməsi
    Rus
    bölməsi
    Bölmələr
    üzrə cəmi
    Dövlət (ödənişsiz) 4279 3924 191 4115 96.17
    Dövlət (ödənişli) 5063 4098 141 4239 83.73
    Özəl 1125 631 18 649 57.69
    Cəmi 10467 8653 350 9003 86.01

    Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar cari il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi