DİM: Mayın 7-də keçirilən qəbul imtahanlarına görə Apellyasiya Komissiyası yaradılıb

DİM: Mayın 7-də keçirilən qəbul imtahanlarına görə Apellyasiya Komissiyası yaradılıb Abituriyentlər komissiyaya mayın 8-dən 10-dək saat 10-dan 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər
Elm və təhsil
8 May , 2017 12:06
DİM: Mayın 7-də keçirilən qəbul imtahanlarına görə Apellyasiya Komissiyası yaradılıb
Report

Bakı. 8 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 7-də I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Bu barədə "Report"a DİM-in mətbuat xidmətindən məlumat verilib.

Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına mayın 8-dən 10-dək saat 10-dan 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd edək ki, Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş verən digər hallarla bağlı müraciətlərə baxılmır.

Son xəbərlər

Orphus sistemi