DİM magistratura səviyyəsinə qəbul imtahanını keçirib

DİM magistratura səviyyəsinə qəbul imtahanını keçirib Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.
Elm və təhsil
26 May , 2019 14:13
DİM magistratura səviyyəsinə qəbul imtahanını keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

"Report" xəbər verir ki, imtahan Bakı, NaxçıvanGəncə şəhərlərində, ümumilikdə, 27 binada aparılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.

Sabahdan etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsi ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Bakalavrlar Apellyasiya Komissiyasına mayın 27-si, 29-u və 30-u saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi