DİM: İmtahanın I mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb

DİM: İmtahanın I mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb Bakı. 1 aprel. REPORT.AZ/ Rezidenturaya qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apelyasiya Komissiyası yaradılıb.
Elm və təhsil
1 Aprel , 2018 14:12
DİM: İmtahanın I mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb
Report.az

Bakı. 1 aprel. REPORT.AZ/ Rezidenturaya qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apelyasiya Komissiyası yaradılıb.

DİM-dən "Report"a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. 

Namizədlər Apelyasiya Komissiyasına 2-4 aprel 2018-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi