Yuxarı
    Bağlamaq

    DİM: Dövlət qulluğuna qəbul üçün imtahan verən 53 nəfərdən cəmi 10-u uğur qazanıb

    Dinlə
    © Report

    Bakı. 1 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da keçirilən inzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak edən namizədlər haqqında bəzi statistik məlumatları açıqlayıb.

    Mərkəzdən "Report"a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 45 nəfəri kişi, 8 nəfəri isə qadın olub.

    Qeydiyyatdan keçən namizədlərdən 19 nəfər 30-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupu (35-59 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 17-si kişi, 4-ü isə qadındır. Yuxarı yaş intervalına aid namizədlərin 3-ü imtahanda uğur qazana bilib.

    Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 53 namizəddən 10 nəfəri (18.9%) müvəffəqiyyət əldə edib (45 kişidən 9 nəfəri, 8 qadından isə 1 nəfəri lazım olan balı toplayıb).

    AA vəzifə qrupu üzrə sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 3 nəfərdən 1 nəfər, AB üzrə 12 nəfərdən 2 nəfər, AC üzrə isə 38 nəfərdən 7 nəfər test imtahanından uğurla keçib.

    Namizədlərin qeydiyyat ünvanlarına görə statistikasına nəzər salsaq 27 müxtəlif rayon və şəhər üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlərin olduğunu görə bilərik. Daha çox Bakı (24 nəfər) və Sumqayıt (6 nəfər) şəhər sakinləri qeydiyyatdan keçiblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi