DİM-də abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb

DİM-də abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb Abituriyentlər şəxsən müraciət edə bilərlər
Elm və təhsil
28 İyul , 2017 14:56
DİM-də abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb
Report

Bakı. 28 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahan zamanı təxliyə olunan abituriyentlər üçün 27 iyulda keçirilmiş yeni qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına iyulun 28-i saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Apelyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.

Son xəbərlər

Orphus sistemi