DİM Biləsuvarda kurikulumlar üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması ilə bağlı kurslar təşkil edib

DİM Biləsuvarda kurikulumlar üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması ilə bağlı kurslar təşkil edib Bakı. 26 noyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Biləsuvar şəhərində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində Azərbaycan dili, riyaziyyat, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib.
Elm və təhsil
26 Noyabr , 2018 15:11
DİM Biləsuvarda kurikulumlar üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması ilə bağlı kurslar təşkil edib
0 : 00
0 : 00

Bakı. 26 noyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Biləsuvar şəhərində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində Azərbaycan dili, riyaziyyat, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib.

DİM-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırlıq kurslarında elektron qeydiyyatdan keçmiş, yeni proqramla (kurikulum) tanış olan, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər iştirak ediblər. 

İştirakçılara fənn kurikulumu, imtahanda yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib, yeni tipli tapşırıqların formaları, məzmunu, mətn seçimi və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı mühazirələr təqdim edilib. Onlar kalibrləmə prosesində iştirak ediblər.

Kursu müvəffəqiyyətlə başa vurmuş müəllimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilib. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış seminar iştirakçıları müqavilə əsasında qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması (marker kimi) üçün DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.

Son xəbərlər

Orphus sistemi