Yuxarı
    Bağlamaq

    DİM: Bəzi universitetlərdə keçid balı aşağı endirilib - SİYAHI

    İxtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək© Report.az

    Bakı. 19 iyul. REPORT.AZ/ Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir. 

    Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.

    Aşağıdakı cədvəllərdə həmin ixtisaslar, onların tədris olunacağı ali təhsil müəssisələri, eləcə də hər bir ixtisas qrupu üzrə ümumi müsabiqə şərtləri ilə tanış ola bilərsiniz.

    Qeyd edək ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq “Abituriyent” jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.

    Müsabiqə şərtləri:

    Aşağıdakı cədvəllərdə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

    I ixtisas qrupu üzrə:

    Torpaqşünaslıq və aqrokimyaLənkəran Dövlət Universiteti
    MeşəçilikLənkəran Dövlət UniversitetiQərb Universiteti
    AqronomluqLənkəran Dövlət Universiteti
    Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyiNaxçıvan Dövlət Universiteti
    Texnologiya müəllimliyiNaxçıvan Dövlət UniversitetiGəncə Dövlət Universiteti
    Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyiAzərbaycan Texnologiya Universiteti
    Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyiQərb Universiteti
    Çoxişlənən malların texnologiyası mühəndisliyiAzərbaycan Texnologiya UniversitetiAzərbaycan Kooperasiya Universiteti
    İstehlak mallarının ekspertizası və marketinqiAzərbaycan Texnologiya UniversitetiAzərbaycan Kooperasiya UniversitetiQərb Universiteti

    Azərbaycan Dövlət Aqrar Universiteti

    Poliqrafiya mühəndisliyiQərb Universiteti

    II ixtisas qrupu üzrə:

    MarketinqAzərbaycan Texnologiya UniversitetiMingəçevir Dövlət UniversitetiAzərbaycan Kooperasiya Universiteti

    Azərbaycan Universiteti

    Xəzər Universiteti

    "Odlar Yurdu" Universiteti

    Bakı Biznes Universiteti

    Azərbaycan Dövlət Aqrar Universiteti

    KommersiyaAzərbaycan Kooperasiya Universiteti
    Regionşünaslıq (regionlar üzrə)Qərb UniversitetiXəzər UniversitetiBakı Avrasiya Universiteti
    Turizm və otelçilikNaxçıvan Dövlət UniversitetiGəncə Dövlət UniversitetiMingəçevir Dövlət Universiteti

    Lənkəran Dövlət Universiteti

    Bakı Dövlət Universitetinin Qazax filialı

    Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

    Azərbaycan Kooperasiya Universiteti

    Qərb Universiteti

    Xəzər Universiteti

    "Odlar Yurdu" Universiteti

    Naxçıvan Universiteti

    III ixtisas qrupu üzrə:

    Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunmasıNaxçıvan Dövlət UniversitetiLənkəran Dövlət Universiteti
    Sosial işNaxçıvan Dövlət UniversitetiGəncə Dövlət UniversitetiBakı Dövlət Universitetinin Qazax filialı

    Azərbaycan Universiteti

    Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

    IV ixtisas qrupu üzrə:

    BaytarlıqLənkəran Dövlət Universiteti
    EkologiyaLənkəran Dövlət UniversitetiAzərbaycan Kooperasiya Universiteti

    Xatırladaq ki, ixtisas qrupları üzrə ümumi müsabiqə şərtləri isə aşağıdakı formadadır:

    I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır;II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi