DİM 8 nazirlik və komitədə vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib

DİM 8 nazirlik və komitədə vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib Ümumilikdə 33 vakant yer var
Elm və təhsil
15 Dekabr , 2017 17:22
DİM 8 nazirlik və komitədə vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib
Report

Bakı. 15 dekabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) bu gündən 8 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edib.

DİM-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Energetika Nazirliyi və Dövlət Statistika Komitəsi) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli təşkilatlarındadır.

“Dövlət qulluğu haqqında” qanunun 29-cu maddəsinə uyğun olaraq, müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları sənədlərini yanvarın 4-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.

Ümumi müsahibəyə dair ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında verilib.

Son xəbərlər

Orphus sistemi