Yuxarı

Daşkəsən filiz yatağında tədqiqatlar aparılacaq

Alimlər institutun məsələyə dair elmi tədqiqat potensialından bəhs ediblər

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) Daşkəsən filiz yatağında tədqiqatlar aparmağı planlaşdırır. 

İnstitutdan "Report"a verilən məlumata görə, araşdırmalar AMEA ilə "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC arasında bağlanan memorandum çərçivəsində aparılacaq.

Bu məqsədlə GGİ-nin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun başçılığı, AMEA-nın müxbir üzvü Çingiz Əliyev və geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun iştirakı ilə Daşkəsənə səfər təşkil olunub. Nümayəndə heyəti həmin ərazidə olub, "Daşkəsən Filizsaflaşdırma" ASC-nin rəhbərliyi, o cümlədən baş geoloqu Rasim Süleymanlı ilə görüşüb. Alimlər institutun məsələyə dair elmi tədqiqat potensialından bəhs ediblər.

Geoloji obyektə dolan yeraltı suların qarşısının alınması yollarını araşdırmaq, həmçinin radioaktivliyin miqdarını ölçmək imkanları müzakirə olunub, aparılması mümkün olan tədqiqatlar və tədbirlər müəyyən edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi