Yuxarı

​Daha bir qrup səbailli gənc Naxçıvana yola salınıb

Bu məqsədlə Sahil bağında mərasim keçirilib

Bakı. 24 mart. REPORT.AZ/ “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyasının ikinci mərhələsi çərçivəsində Bakı şəhəri Səbail rayonundan olan daha bir qrup məktəblinin Naxçıvan Muxtar Respublikasına yola salınması mərasimi keçirilib.

Bu barədə "Report"a Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.

«Sahil bağı»nda təşkil olunan yolasalma mərasimdə rayon rəhbərliyi, aksiya iştirakçısı olan məktəblilər, onların valideynləri və təhsil aldıqları məktəblərin direktorları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev şagirdlərə turun məqsədi barədə məlumat verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi