Coğrafiya İnstitutu: Sürüşmə təhlükəli ərazilər yeni üsulla qiymətləndirilməlidir

Coğrafiya İnstitutu: Sürüşmə təhlükəli ərazilər yeni üsulla qiymətləndirilməlidir Bakı. 31 oktyabr. REPORT.AZ/ AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti Elmi seminarında Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Stara Tarixazər “İerarxiya təhlil üsulu ilə sürüşmə təhlükəsinin regional qiymətləndirilməsi (Şamaxı inzibatı rayonu timsalında) mövzusunda məruzə edib.
Elm və təhsil
31 Oktyabr , 2018 21:12
Coğrafiya İnstitutu: Sürüşmə təhlükəli ərazilər yeni üsulla qiymətləndirilməlidir
Report/Elchin Murad

Bakı. 31 oktyabr. REPORT.AZ/ AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti Elmi seminarında Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Stara Tarixazər “İerarxiya təhlil üsulu ilə sürüşmə təhlükəsinin regional qiymətləndirilməsi (Şamaxı inzibatı rayonu timsalında) mövzusunda məruzə edib.

Bu barədə "Report"a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədqiqatçı ierarxiya təhlil üsulunun köməyi ilə müxtəlif dərəcəli sürüşmə təhlükəli ərazilərin rayonlaşmasını həyata keçirib. Sürüşmə təhlükəli ərazilərdə təhlilin aparılmasında əsas vəzifə dağ süxur kütlələrinin tarazlığını pozan təbii və antropogen faktorların məcmusunu nəzərdə tutan sürüşmə əmələgəlmə şəraitinin təyin edilməsidir.

Məruzəçi bildirib ki, tədqiqatın əsas nəticəsi sürüşmə proseslərinin təsirinə məruz qalan ərazilərin rayonlaşması zamanı ierarxiya təhlil üsulundan istifadənin effektliyinin tanınmasıdır. Ərazinin təsərrüfat mənimsənilməsi planını tərtib edərkən sürüşmə təhlükəsi üzrə əldə olunan nəticələr nəzərə alınmalıdır. S.Tarixazər bu üsulun digər sahələrə də tətbiq edilə biləcəyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi