Yuxarı
    Bağlamaq

    Çin universitetlərinə azərbaycanlı tələbələrin seçimi başa çatıb

    17 tələbə Çinin və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb

    Bakı. 9 avqust. REPORT.AZ/ Çin Xalq Respublikası ali təhsil müəssisələrində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi başa çatıb.

    Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, 17 tələbə Çinin “Beijing Normal University”, “University of Science and Technology Beijing”, “Central China Normal University”, “Shanghai University of Finance and Economics”, “Sun Yat-Sen University”, “Harbin Engineering University” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

    Həmin tələbələr Beynəlxalq münasibətlər, Hüquq, İqtisadiyyat, Kənd təsərrüfatının iqtisadiyyatı və idarəetməsi, Kompüter elmləri və texnologiyaları, Sosial inkişaf və ictimai siyasət, Geologiya mühəndisliyi, Pedaqogika və digər ixtisas istiqamətləri üzrə bakalavriat (3 nəfər), magistratura (12 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil alacaqlar.

    Qeyd edək ki, tələbələt “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində aparılan seçimlərin nəticələrinə əsasən seçilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi