Ceyhun Bayramov: "Növbəti tədris ilindən texnoloji sahə üzrə kadrların hazırlanması nəzərdə tutulur"

Ceyhun Bayramov: "Növbəti tədris ilindən texnoloji sahə üzrə kadrların hazırlanması nəzərdə tutulur" "Əminəm ki, Nazirlər Kabineti də buna müsbət rəy verəcək"
Elm və təhsil
26 Dekabr , 2017 11:57
Ceyhun Bayramov: Növbəti tədris ilindən texnoloji sahə üzrə kadrların hazırlanması nəzərdə tutulur
Report

Bakı. 26 dekabr. REPORT.AZ/ "2018-2019-cu tədris ilində texnoloji sahə üzrə kadrların hazırlanması nəzərdə tutulur".

"Report" xəbər verir ki, bunu təhsil naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov “Elektron Təhsil” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Onun sözlərinə görə, həm peşə, həm orta ixtisas, həm də ali təhsil səviyyəsində texnoloji sahə üzrə əlavə tədbirlərin görülməsi məqsədilə Təhsil Nazirliyində işçi qrupu yaradılıb: "2018-2019-cu tədris ilində bu sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək. Əminəm ki, Nazirlər Kabineti də buna müsbət rəy verəcək".

Son xəbərlər

Orphus sistemi