Yuxarı

Cəlilabad, Masallı və Yardımlıda 15 modul tipli məktəb quraşdırılacaq

Cəlilabad, Masallı və Yardımlıda 15 modul tipli məktəb quraşdırılacaq
Prezident İlham Əliyev Təhsil Nazirliyinə 5 milyon 177 min manat ayırıb

Bakı. 9 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 177 000 min manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Sərəncama əsasən, Cəlilabadın Türkelli, Qarağac, Ağusəm, Oğrubulaq, Hacıməmmədli, Lallar, Hacıcavad, Ətcələr, Ləzran, Suluçeşmə, Masallının Şıxlar, Bala Təklə, Yardımlının Şıxlar, Bilnə, Avun kəndlərində modul məktəblər quraşdırılacaq.

Cəlilabad, Masallı və Yardımlı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı:

Sıra №-siTəhsil müəssisələrinin adlarıAyrılan vəsait
1Cəlilabad rayonu Türkelli kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması310 000
2Cəlilabad rayonu Qarağac kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması230 000
3Cəlilabad rayonu Ağusəm kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması390 000
4Cəlilabad rayonu Oğrubulaq kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması425 000
5Cəlilabad rayonu Hacıməmmədli kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması425 000
6Cəlilabad rayonu Lallar kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması230 000
7Cəlilabad rayonu Hacıcavad kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması390 000
8Cəlilabad rayonu Ətcələr kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması390 000
9Cəlilabad rayonu Ləzran kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması285 000
10Cəlilabad rayonu Suluçeşmə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması425 000
11Masallı rayonu Şıxlar kənd 2 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması315 000
12Masallı rayonu Bala Təklə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması425 000
13Yardımlı rayonu Şıxlar kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması390 000
14Yardımlı rayonu Bilnə kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması285 000
15Yardımlı rayonu Avun kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması262 000
Cəmi5 177 000
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi