Yuxarı

Bu ilin Nobel mükafatlarının verilmə tarixi açıqlanıb

Ədəbiyyat üzrə Nobel mükafatının təqdim edilməsi tarixi hələlik dəqiqləşməyib

Bakı. 12 avqust. REPORT.AZ/ Bu ilin Nobel mükafatlarının verilmə tarixi açıqlanıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 5-dən 12-dək laureatlara Nobel mükafatı, habelə Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatı (Sveriges Riksbank Prize) təqdim ediləcək.

Oktyabrın 5-də fiziologiya və ya tibb, 6-da fizika, 7-də kimya, 9-da Nobel Sülh mükafatı, 12-də "Sveriges Riksbank Prize" təqdim ediləcək.

Ədəbiyyat üzrə Nobel mükafatının təqdim edilməsi tarixi barədə isə İsveç Akademiyası tərəfindən əlavə məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi