Yuxarı

Bu ilin ilk Ay tutulması nadir təbiət hadisəsi ilə üst-üstə düşəcək

Bu ilin ilk Ay tutulması nadir təbiət hadisəsi ilə üst-üstə düşəcək

Bundan əvvəl bu cür hadisə 1866-cı ildə müşahidə olunub

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu ilin ilk Ay tutulması “mavi ay”ın (bədirlənmiş ay) görünməsi ilə üst-üstə düşəcək.

“Report”un məlumatına görə, bu, 150 ildən bir müşahidə edilən nadir təbiət hadisəsi sayılır.

Bundan əvvəl Ay tutulması ilə “mavi ay”ın eyni zamanda görünməsi hadisəsi 1866-cı ildə müşahidə olunub.

“Mavi ay” nadir təbiət hadisəsidir. Bu zaman ay ərzində Ay iki dəfə bədirlənir. Belə hal bir də 2028-ci il dekabrın 31-də qeydə alınacaq.

Qeyd edək ki, sırf ayın bədirlənməsi sonuncu dəfə 2015-ci ildə müşahidə edilib. Bu ilin mart ayında isə növbəti dəfə ay bədirlənmiş formada olacaq.

Xatırladaq ki, 2018-ci ildə iki dəfə Ay tutulması qeydə alınacaq. İlk tutulma yanvarın 31-də, sonrakı tutulma isə iyulun 28-də baş verəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi