​Bu il Azərbaycanda 47 əsər qeydiyyatdan keçirilib

​Bu il Azərbaycanda 47 əsər qeydiyyatdan keçirilib Müəlliflik hüquqlarının bərpasına köməklik göstərilməsi ilə bağlı Müəllif Hüquqları Agentliyinə bir müraciət daxil olub
Elm və təhsil
3 Mart , 2016 10:28
​Bu il Azərbaycanda 47 əsər qeydiyyatdan keçirilib

Bakı. 3 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Müəllif Hüquqları Agentliyi tərəfindən 47 əsər, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 16 əsər qeydiyyatdan keçirilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Agentliyin Əsərlərin qeydiyyatı və hüquq şöbəsindən bildirilib.

Qeyd olunub ki, cari ilin ilk iki ayı ərzində pozulan müəlliflik hüquqlarının bərpasına köməklik göstərilməsi ilə bağlı bir müraciət daxil olub və hazırda müraciətlə bağlı iş aparılır.

Son xəbərlər

Orphus sistemi