Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür Azərbaycanda da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü geniş şəkildə qeyd olunur
Elm və təhsil
23 Aprel , 2016 08:37
Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Bakı. 23 aprel. REPORT.AZ/ 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

"Report"un məlumatına görə, YUNESKO-nun 1995-ci ildə keçirilən 28-ci sessiyasında 23 aprelin Ümumdünya Kitab və Müəlliflik hüququ Günü elan edilməsi bərədə qərar qəbul olunub. 

Azərbaycanda artıq iyirminci ildir ki, bu gün geniş şəkildə qeyd olunur, bununla bağlı silsilə tədbirlər təşkil edilir.

Müəllif Hüquqları Agentliyindən bildirilib ki, belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir: "Bu günün qeyd edilməsi ilə bağlı qərarın qəbul edilməsi hamını, xüsusən gəncləri kitab oxumaqdan həzz almağa və bəşəriyyətin sosial və mədəni tərəqqisinə xidmət edən şəxslərin əvəzedilməz əməyinə hörmət edilməsinə çağırmaqla, kitablara və müəlliflərə hörmətlə yanaşılması və lazımi qiymət verilməsi məqsədi daşıyıb".

Məlumata görə, bununla əlaqədar keçirilən bütün tədbirlərdə mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olması göstərilir, müəlliflərin cəmiyyətdəki xüsusi rolu vurğulanır və bununla müəlliflik hüququ institutunun dəstəklənməsi göstərilir.

Agentlikdən bildirilib ki, “Kitab”, “Müəllif” və “Müəlliflik hüququ” anlayışları yaranan andan bir-biri ilə qırılmaz təmasda olub. “Yaradıcıdan, müəllifdən – əlyazmaya, kitaba”, “əlyazmadan, kitabdan – müəlliflik hüququna” – bu üzvi əlaqələr bir tərəfdən tarixi ardıcıllığı, digər tərəfdən isə müəlliflik hüququnun yaradıcılıqdakı əhəmiyyətini göstərir. 

Son xəbərlər

Orphus sistemi