Yuxarı
    Bağlamaq

    Bu gün ilin ilk Günəş tutulması olacaq

    Səma hadisəsini Cənubi və Qərbi Afrika, Cənubi Amerika, Antarktida sakinləri müşahidə edə biləcəklər

    Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün ilin ilk Günəş tutulması hadisəsi olacaq. 

    “Report”un xəbərinə görə, dairəvi Günəş tutulması Bakı vaxtı ilə saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək.

    Yerdən Ay səthinin arxasında gizlənəcək Günəşin yalnız nazık dairə şəklində olan az bir hissəsi görünəcək. Səma hadisəsini Cənubi və Qərbi Afrika, Cənubi Amerika, Antarktida sakinləri müşahidə edə biləcəklər. Bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq.

    Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsi baş verəcək. İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsi yoxdur və adi astronomik hadisədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi