Yuxarı

​Bu gün Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur

2001-ci ildən başlayaraq Azərbaycanda da Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd edilir

Bakı. 26 aprel. REPORT.AZ/ 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur. Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ilin sentyabrında Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Baş Assambleyasının qərarı ilə təsis edilib.

ÜƏMT-nin təsis edilməsi haqqında Konvensiya 1970-ci il aprelin 26-da qüvvəyə minib. Azərbaycan 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və əqli mülkiyyət sahəsində bir sıra beynəlxalq konvensiyaların üzvüdür.

Bu barədə "Report"a Müəllif Hüquqları Agentliyindən bildirilib.

2001-ci ildən başlayaraq hər il aprelin 26-da bütün dünyada olduğu kimi Azərbaycanda da Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd edilir.

Bu günü elan etməklə ÜƏMT milli hökumətləri bütün dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinə və əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına xüsusi diqqət yetirməyə çağırır. Eyni zamanda, bu əlamətdar günlə bağlı keçirilən müxtəlif növ tədbir, görüş, dəyirmi masa, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq şəkildə göstərməkdən ibarətdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi