Yuxarı
    Bağlamaq

    Bu gün Azərbaycanda qəbul və buraxılış imtahanları keçirilir

    İmtahanlarda iştirak etmək üçün 16 min 150 abituriyent müraciət edib

    Bakı. 2 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirir.

    "Report" xəbər verir ki, hər iki imtahanda iştirak etmək üçün 16 min 150 abituriyent müraciət edib.

    Bu gün həm də ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmayan, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət edən və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsinin haqqında qərar qəbul etdiyi şagirdlər, əvvəlki illərdə keçirilən buraxılış imtahanlarında məqbul qiymət ala bilməyən şagirdlər, həmçinin üzrlü səbəbdən bu il keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan şagirdlər üçün keçiriləcək buraxılış imtahanında 1142 nəfər IX sinif şagirdinin, 3 min 510 XI sinif şagirdinin iştirakı gözlənilir.

    Eyni zamanda, həmin gün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı olacaq. Bu imtahanda iştirak etmək üçün 12 min 941 abituriyent qeydiyyatdan keçib.

    Qeyd olunan imtahanlar bütövlükdə ölkənin 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 64 imtahan mərkəzində təşkil olunacaq. İmtahanlar eyni vaxtda - saat 10:00-da başlayacaq.

    İmtahanların idarə olunması üçün 314 imtahan rəhbəri, 2 min 742 nəzarətçi-müəllim ayrılıb.

    Xatırladaq ki, şagirdlər (abituriyentlər) imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi