Bu gün Azərbaycana bahar gəlir

Bu gün Azərbaycana bahar gəlir Bu, iyunun 21-dək davam edəcək
Elm və təhsil
20 Mart , 2017 09:00
Bu gün Azərbaycana bahar gəlir
Courtesy İmage

Bakı. 20 mart. REPORT.AZ/ Bu gün Azərbaycan ərazisinə bahar gəlir. 

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun “Report”a baharın gəlişinin Bakı vaxtı ilə təxminən saat 14:29-da baş verəcəyini bildirib.

Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək: "Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edəcək”.

Son xəbərlər

Orphus sistemi