Yuxarı

BSU və Çerkas Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Müqavilədə iki tərəf arasında tələbə və müəllim mübadiləsi, müştərək elmi layihələr və digər məsələlər nəzərdə tutulur

Bakı. 14 mart. REPORT.AZ/ Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Ukraynanın Boqdan Xmelniçski adına Çerkas Milli Universitetinin rektoru, professor Aleksandr Çerevkonı qəbul edib.

Bu barədə "Report"a BSU-nun mətbuat xidmətindən bildirilib.

Görüş zamanı Asif Hacıyev bildirib ki, BSU dünyanın bir sıra nüfuzlu universitetləri ilə əməkdaşlıq edir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirir.

Rektor BSU-nun təşkilatçılığı ilə Çerkas Milli Universitetində Azərbaycan tədris və mədəniyyət mərkəzinin yaradılması təklifini irəli sürüb.

Qonaq Çerkas Milli Universitetində Azərbaycan tədris və mədəniyyət mərkəzinin yaradılması təklifini müsbət qarşılayıb.

Görüş çərçivəsində BSU və Çerkas Milli Universiteti arasında yenilənmiş əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə iki tərəf arasında tələbə və müəllim mübadiləsi, müştərək elmi layihələr və digər məsələlər nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi