BSU rektoru Misir Mədəniyyət Mərkəzində olub

BSU rektoru Misir Mədəniyyət Mərkəzində olub İki müəssisə arasında müqavilələrin bağlanması və bir sıra digər məsələlər müzakirə edilib
Elm və təhsil
6 Yanvar , 2016 17:30
BSU rektoru Misir Mədəniyyət Mərkəzində olub

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakı Slavyan Universitetinin (BSU) rektoru Asif Hacıyev Misirin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub.

Mərkəzdən "Report"a bildirilib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi rəhbərlik etdiyi müəssisənin Azərbaycanda fəaliyyəti haqqında geniş məlumat verib və iki dövlət arasında mədəni əlaqələrinin genişlənməsində böyük rol oynamasından bəhs edib.

Öz növbəsində, BSU rektoru Asif Hacıyev Mərkəzin Azərbaycanın elm ocaqları ilə əməkdaşlığını yüksək qiymətləndirib.

Bundan başqa, Bakı Slavyan Universiteti ilə Misir universitetləri arasında müqavilələrin bağlanması, misirli elm xadimlərinin məqalələrinin universitetdə nəşr olunan elmi xəbərlər jurnalında dərci, tələbə və müəllim heyətinin mütəmadi olaraq Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzini ziyarət etməsi, bir çox sahələri əhatə edən zəngin kitabxanadan istifadə etmələri barədə təkliflər irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi