BSU-nun nümayəndə heyəti Bolqarıstanın Veliko Tırnovo Universitetində olub

BSU-nun nümayəndə heyəti Bolqarıstanın Veliko Tırnovo Universitetində olub Görüşdə iki ölkə universitetləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Elm və təhsil
22 Mart , 2017 07:51
BSU-nun nümayəndə heyəti Bolqarıstanın Veliko Tırnovo Universitetində olub

Sofiya. 22 mart. REPORT.AZ/ Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr edilən silsilə tədbirlər çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti “Müqəddəs Kiril və Mefodi” adına Veliko Tırnovo Universitetində olub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, ali təhsil ocağının rektoru Xristof Bondjolovla görüşdə iki ölkə universitetləri arasında əməkdaşlığın genişləndirilməsi, professor-müəllim və tələbə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

“Müqəddəs Kiril və Mefodi” adına Veliko Tırnovo Universitetinin tələbələrilə görüşdə rektor X.Bondjolov bildirib ki, 2004-cü ildən başlayaraq BSU-da “Bolqar dili və mədəniyyəti mərkəzi” fəaliyyət göstərir və azərbaycanlı tələbələr ali təhsil ocağında bolqar dilini öyrənirlər. Rektor, həmçinin bolqar dili və ədəbiyyatı, Bolqarıstanın tarixi və mədəniyyətilə bağlı kitabları BSU-nun “Bolqar dili və mədəniyyəti mərkəzi”nə hədiyyə edib. BSU-nun rektoru Nurlana Əliyeva öz növbəsində X.Bondjolova ali təhsil ocaqları arasında gələcək əməkdaşlığın daha səmərəli və məzmunlu olacağını bildirib. Sonra N.Əliyeva “Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü” mövzusunda çıxış edib. Bolqar dilində edilən çıxışı professor-müəllim heyəti və tələbələr arasında böyük maraqla qarşılanıb.

Görüşdə, həmçinin Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da iştirak edib.

Son xəbərlər

Orphus sistemi