BSU-nun nümayəndə heyəti Bolqarıstanda bir sıra görüşlər keçirib

BSU-nun nümayəndə heyəti Bolqarıstanda bir sıra görüşlər keçirib Nümayəndə heyətinə bolqar müəlliflərin 40-a yaxın kitabı hədiyyə edilib
Elm və təhsil
23 Mart , 2017 04:30
BSU-nun nümayəndə heyəti Bolqarıstanda bir sıra görüşlər keçirib

Sofiya. 23 mart. REPORT.AZ/ Bolqarıstanda səfərdə olan Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin vitse-prezidenti İliyana Yotova ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, görüşdə Azərbaycan və Bolqarıstan arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, akademik mübadilə, birgə elmi layihələrin gerçəkləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, təhsil sahəsində əməkdaşlıq hər iki ölkə arasında körpü rolunu oynamalıdır.

Bolqarıstanın “Müqəddəs Kiril və Mefodi” adına Milli Kitabxanasında keçirilən görüşdə isə BSU ilə kitabxana arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Milli Kitabxananın direktoru Krasimira Aleksandrova BSU-nun tələbələrini kitabxanaya səfər etməyə, həmçinin onları qədim əlyazma və kitabların bərpası üzrə master-klaslarda iştiraka dəvət edib. Sonda kitabxana tərəfindən BSU-nun nümayəndə heyətinə bolqar müəlliflərin 40-a yaxın kitabı hədiyyə edilib.

“Bakı Slavyan Universitetində bolqar dilində təhsil alan tələbələr ölkəmizin tarixi, mədəniyyəti və ədəbiyyatını artıq əslindən oxuya biləcəklər. Ümid edirəm ki, bu ənənəni hər il davam etdirəcəyik”, - deyə kitabxananın direktoru K.Aleksandrova əlavə edib.

Görüşlərdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da iştirak edib.

Bu il Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü tamam olur.

Son xəbərlər

Orphus sistemi