BSU-nun Çexiya Mərkəzinin 5 illiyi keçirilib

BSU-nun Çexiya Mərkəzinin 5 illiyi keçirilib Səfir Vitezslav Pivonka yubiley münasibətilə mərasim iştirakçılarını təbrik edərək, universitetin rektoruna və Mərkəzə “Təşəkkürnamə” təqdim edib
Elm və təhsil
19 Oktyabr , 2015 20:40
BSU-nun Çexiya Mərkəzinin 5 illiyi keçirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ 2010-cu ildə Bakı Slavyan Universitetində (BSU) Çex Dili və Mədəniyyəti Mərkəzi fəaliyyətə başlayıb. 

BSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 19-da Mərkəzin yaranmasının 5 illik yubileyi münasibətilə BSU-da təntənəli tədbir təşkil edilib. Mərasimi giriş sözü ilə açan rektor, professor Asif Hacıyev Çex Dili və Mədəniyyəti Mərkəzinin əsas vəzifəsinin Azərbaycan və Çexiya arasında mədəni əlaqələri inkişaf etdirməkdən və gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə marağını artırmaqdan ibarət olduğunu qeyd edib. Rektor xüsusilə vurğulayıb ki, səfirlə görüş zamanı Çexiyanın tanınmış universitetlərinin birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması barədə fikir mübadiləsi aparılıb. Mərkəzin fəaliyyətə başladığı gündən əldə etdiyi nailiyyətlərdən danışan A.Hacıyev yubiley münasibətilə mərasim iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbirə böyük məmnuniyyətlə qatılan Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka Mərkəzin 5 illiyinə həsr olunmuş maraqlı mərasimi təşkil etdiyinə görə BSU rəhbərliyinə və çexiyaşünas tələbələrə dərin minnətdarlığını bildirib. Səfir çıxışında azərbaycanlı tələbələrin çex dili və mədəniyyətini belə tez və mükəmməl mənimsəməsini, bu dilin yüksək səviyyədə tədrisini yüksək qiymətləndirib, Mərkəzin “Fəxri qonaqlar” kitabına ürək sözlərini yazıb. Yubiley münasibəti ilə mərasim iştirakçılarını təbrik edən Vitezslav Pivonka səfirliyin adından universitetin rektoruna və Mərkəzə “Təşəkkürnamə” təqdim edib.

Tədbirin davamında Çex Dili və Mədəniyyəti Mərkəzinin 5 illik fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. Tələbələrin çex dilində hazırladıqları mahnı və şeirlər qonaqların marağına səbəb olub.

Son xəbərlər

Orphus sistemi