​BSU-da “Azərbaycanda germanistikanın inkişafı” ilə bağlı "dəyirmi masa" keçirilib

​BSU-da “Azərbaycanda germanistikanın inkişafı” ilə bağlı "dəyirmi masa" keçirilib Ötən ilin oktyabr ayından Azərbaycanda ilk dəfə olaraq BSU-nun nəzdində Germanistika İnstitutu açılıb
Elm və təhsil
9 Mart , 2016 19:51
​BSU-da “Azərbaycanda germanistikanın inkişafı” ilə bağlı dəyirmi masa keçirilib

Bakı. 9 mart. REPORT.AZ/ Bakı Slavyan Universitetində prof. Z. Hartman, prof. K.Volf eləcə də Höte İnstitutunun Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Ştefan Vakvits və Avstriyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Valter Mitterbaueriniştirakı ilə “Azərbaycanda germanistikanin gələcək inkişafı” mövzusunda "dəyirmi masa" keçirilib.

Bu barədə "Report"a BSU-nun mətbuat xidmətindən bildirilib.

Dəyirmi masada çıxış edən Germansitika İnstitutunun direktoru, dosent Sevinc Rzayeva İnstitutun fəaliyyəti və gələcək planları haqqında məlumat verib. Germansitika İnstitutunun Almaniyanın universitetleri ilə qarşılıqlı əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. BSU-nun rektoru, professor Asif Hacıyev almaniyalı mütəxxəsislərin gələcəkdə də BSU-nun magistrant və doktoronatlarının elmi işlərinə rəhbərlik etmələrini təklif edib.

Müzakirədə iştirak edən Avstriyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Valter Mitterbauer çıxışında qeyd edib ki, o, artıq ikinci ildir BSU-da Avstriya tarixi və ölkəşünaslığından almansünas tələbələrə “Danışıq kursu” təşkil edir. Bu il isə III kurs tələbələrinə ölkəşünaslıq fənnindən dərs keçir.

Qeyd edək ki, 2015-ci il oktyabr ayının 15-də Azərbaycanda ilk dəfə olaraq BSU-nun nəzdində Germanistika İnstitutu açılıb.

Germanistika İnstitutunun fəaliyyət istiqamətlərindən biri də Almaniyanın aparıcı elm və təhsil mərkəzləri ilə əməkdaşlığı daha da genişləndirməkdir. Bu əməkdaşlıq çərçivəsində mütəmadi olaraq Almaniyanın qabaqcıl universitetlərindən tanınmış professorlar Bakı Slavyan Universityetində mühazirə oxumaq üçün dəvət alırlar. 

Son xəbərlər

Orphus sistemi